Əliyev Lavrovla görüşdü: `Münaqişənin tezliklə həllində maraqlıyıq`
01:04 12 İyul 2016
“Biz Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini yüksək dəyərləndiririk. Bu istiqamətdə hazırda ən aktiv dinamika müşahidə olunur".
Femida.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.
Dövlət başçısı bildirib ki, bu səfər Rusiyanın münaqişənin tənzimlənməsində maraqlı olduğun göstərir: “Biz də münaqişənin tezliklə həllində maraqlıyıq”.
Görüşdə Lavrov qeyd edib ki,Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində proses gedir.
XİN rəhbəri ildirib ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq görüşünün nəticələrini yüksək qiymətləndirir: “Mən Ermənistan və Azərbaycana Rusiya prezidentinin tapşırığı ilə səfər edirəm. İnanıram ki, bu görüş münaqişənin tənzimlənməsi istiqamətində gələcək addımları müəyyənləşdirməyə imkan verəcək”.
Oxunub: 2956
Oxşar xəbərlər
- Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
- Əliyev-Ruhani-Putin görüşü olacaq
- Əliyevlə Sarkisyan Cenevrədə görüşəcək - GƏLƏN HƏFTƏ
- Əliyev-Sarkisyan görüşünün vaxtı və yeri gələn həftə açıqlanacaq
- Əliyevlə Berdiməhəmmədov qaz nəqlini müzakirə edəcəklər
- Əliyev Parisdə, Sarkisyan Moskvada – Regionda nələr baş verir?
- Əliyev, Ərdoğan və Berdiməhəmmədov görüşəcək
- Əliyev və Netanyahu mətbuata bəyanatla çıxış edib
- Əliyev, Putin və Ərdoğanın qatıldığı konfrans – CANLI YAYIM
- Əliyevdən Putinə təbrik zəngi